Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir. Oktyabrın 27-də Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun cari ayda vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, rayonun digər rəhbər şəxsləri ilə birgə İsmayıllı rayonunun Kürdmaşı kəndində səyyar qəbul-görüşü olub. İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib.